Rusiyanın ABŞ-da bağlanan konsulluqlarından bayraqlar çıxarılıb

Rusiyanın ABŞ-da bağlanan konsulluqlarından bayraqlar çıxarılıb
12.10.2017 11:13
Dünya 77
A- A+

Rusiyanın San-Fransiskoda bağlanan diplomatik obyektlərinin üzərindən bayraqları çıxarılıb.

Pronews.Az  xəbərinə görə, bu barədə RF-in Vaşinqtondakı səfirliyi öz Twitter səhifəsində yazıb.

“Növbəti biabırçı hadisə. San-Fransiskoda Rusiyanın konsulluq binalarından bayraqlar oğurlanıb”, - səfirlikdə qeyd ediblər.

Hadisə ilə bağlı ABŞ tərəfinə etiraz notası göndərilib.

Xatırladaq ki, avqustun 31-də ABŞ Dövlət Departamenti Rusiyanın San-Fransiskodakı Baş Konsulluğunun obyektlərinin bağlanmasına dair qərar qəbul edib.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.