Rusiya prezidenti Səudiyyə Ərəbistanı kralı ilə görüşüb - Moskvada

Rusiya prezidenti Səudiyyə Ərəbistanı kralı ilə görüşüb - Moskvada
05.10.2017 20:32
Dünya 30
A- A+

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz Al-Səudla bir araya gəlib.

Pronews.Az  məlumatına görə, Kremldə baş tutan görüş əvvəlcə dar çərçivədə keçirilib. Danışıqlar zamanı enerji, iqtisadi və hərbi-texniki sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin, Yaxın Şərq və Şimali Afrikadakı vəziyyət müzakirə olunub.
Rusiya-Səudiyyə Ərəbistanı danışıqlarının sonunda bir sıra sənədlər imzalanacaq.

Qeyd edək ki, Rusiyaya ilk dəfə rəsmi səfər edən kral Moskvada 3 gün qalacaq. Onu aralarında nazirlərin də olduğu min nəfərdən ibarət nümayəndə heyəti müşayət edir.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.