Qızını zəhərləyən qadının məhkəməsi başladı

Qızını zəhərləyən qadının məhkəməsi başladı
11.10.2017 16:44
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Pronews.Az  xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı oktyabrın 18-nə təyin olunub.

Qeyd edək ki, Qusarın Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib.

Şübhəli şəxs qismində dindirilən G. Saypullayeva qızını zəhərlədiyini bildirib. O, azyaşlıya içinə həşəratları öldürmək üçün istifadə olunan dərman qarışdırılmış süd içirdiyini deyib.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.