Siqareti dənə-dənə satanlar cərimələnəcək - 100 AZN

Siqareti dənə-dənə satanlar cərimələnəcək - 100 AZN
21.09.2017 03:49
A- A+

Siqaretlərin dənə ilə satılması qadağan olunsa da, bəzi mağaza və köşklər buna əməl etmir. Bu hal isə uşaqlara mənfi təsir edir. Azyaşlı uşaqlar vəziyyətdən istifadə edib atasını, qohumunu bəhanə edərək üz tutur siqaret almağa. Həmçinin, dənə ilə satılan siqaretlər ucuz olduğu üçün uşaqların buna marağı da artır.

Qanuna əsasən, azyaşlı uşaqlara tütün məmulatlarının satışı qadağandır.

Vəkil Asif Abdullayev Metbuat.az-a açıqlamasında deyib ki, bununla bağlı qanunvericilikdə cərimələr nəzərdə tutulub. Belə ki, yeniyetmə yaşına çatmayan uşaqlara siqaret satılmasına görə 100 Az, siqaretin dənə-dənə satılmasına görə 50-80 AZN cərimə tətbiq olunur.

Siqaretin açıq şəkildə satılması qadağandır?

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, Azərbaycanda 2001-ci ildə filtersiz siqaretlərin satışı qadağandır. Həmçinin, “Tütün və tütün məmulatları haqqında” qanuna görə, siqaretlərin tək-tək satışı da qadağandır. Təəssüflər olsun ki, buna əməl olunmur, hətta ölkənin əmtəə bazarında 10 faizə qədər qaçaqmal siqaretlər də var”.

Azad İstehlakçılar İctimai Birliyi çalışır ki, siqaretlərin qiyməti yüksəlsin, ona əlçatımlılıq azalsın, qanuni tərəflər yerinə yetirilsin, uşaq, sağlamlıq, təhsil müəssisələri ətrafında satışı qadağan olunsun.

Aysel Yaqubqızı / Pronews.Az


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR