Salyanda yol qəzasında ölənlərin sayı beşə çatdı

Salyanda yol qəzasında ölənlərin sayı beşə çatdı
23.09.2017 09:40
A- A+

Salyanda 4 qadının ölümü ilə nəticələnən qəzada xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.

PRONEWS.AZ  APA-ya istinadən xəbər verir ki, sentyabr 19-da yeni inşa olunan Ələt-Astara avtomobil yolunda "Mercedes" və "VAZ 2106" markalı iki avtomobilin toqquşması nəticəsində 4 qadın hadisə yerində ölmüş, 3 nəfər xəsarət almışdı.

Xəsarət alanlardan “VAZ 2106” markalı avtomobilin sərnişini, Saatlı rayon sakini, 27 yaşlı Hüseynov Babək Xanəhməd oğlu bu gün səhər saatlarında Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində ölüb.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.