Sabah hava dumanlı olacaq

Sabah hava dumanlı olacaq
08.10.2017 14:47
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən  yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  Pronews.Az  verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.

Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 14-16° isti, gündüz  20-25° isti, Bakıda gecə  14-16°, gündüz  22-24° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 9-da  hava şəraiti əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə  arabir güclənəcək. Havanın temperaturunun gecə  10-15°, gündüz  20-25° isti,  dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.