Kür çayında suyun səviyyəsi 1 metr qalxıb

Kür çayında suyun səviyyəsi 1 metr qalxıb
05.10.2017 23:18
A- A+

Son günlər ölkə ərazisində yağan intensiv yağışlar Kür çayında suyun səviyyəsinin qalxmasına səbəb olub.

Pronews.Az  məlumatına görə, artım daha çox çayın Salyan rayonu ərazisindən keçən hissəsində müşahidə olunur. 

Belə ki, sentyabrın 29-dan oktyabrın 5-nə kimi çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi sürətlə artaraq 1 metrə çatıb.

Mütəxəssislərin fikrincə, çayın indiki vəziyyəti rayon üçün elə də təhlükəli deyil. Amma Kür çayının səviyyəsi bu templə qalxarsa, nəinki Salyan, hətta Neftçala rayonu üçün də təhlükə yarada bilər.

 


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.