İranlı gənc o qədər içdi ki, sərxoş olub İNTİHAR ETDİ - BAKIDA

İranlı gənc o qədər içdi ki, sərxoş olub İNTİHAR ETDİ - BAKIDA
14.09.2017 11:41
A- A+

Bakıda tələbə intihar edib.

Pronews.Az  xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti ev 108, mənzil 15 ünvanında qeydə alınıb.

Həmin ünvanda kirayədə yaşayan, İran İslam Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Nəzəri Əmir Cəlil oğlu sərxoş vəziyyətdə özünü binanın 4-cü mərtəbəsindən atıb.

O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Məlumata görə, Nəzəri Əmir Azərbaycan Tibb Universitetinin tələbəsidir. O, intihar etməzdən əvvəl sevdiyi qızla dalaşıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.