Dərs ilinin sentyabrın 18-də başlayacağı ilə bağlı yayılan məlumatlara

Dərs ilinin sentyabrın 18-də başlayacağı ilə bağlı yayılan məlumatlara
14.09.2017 11:15
A- A+

Təhsil Nazirliyi dərs ilinin sentyabrın 18-də başlayacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Pronews.az  xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov öz "Facebook" hesabında bildirib ki, bir çox saytlarda dərslərin sentyabrın 18-də başlayacağı ilə bağlı yanlış xəbərlər yer alıb: "Ölkəmizdə hər il olduğu kimi, "Bilik günü" sentyabrın 15-də qeyd ediləcək”. 

Nazirlik rəsmisi həmçinin qeyd edib ki, bu il məktəblərə 1445049 şagird gedəcək. Onlardan 665806-sı qız, 779243-ü oğlandır.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.