Birinci vitse-prezident 105 nömrəli körpələr evi-uşaq bağçasında olub

Birinci vitse-prezident 105 nömrəli körpələr evi-uşaq bağçasında olub
11.09.2017 16:49
A- A+

Sentyabrın 11-də Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində əsaslı şəkildə təmir edilərək, yenidən qurulan 105 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

Pronews.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov birinci vitse-prezidentə körpə evi-uşaq bağçasında görülən işlər barədə məlumat verib.

Bildirilib ki, 1985-ci ildə inşa edilmiş bu müəssisə istifadəyə verildiyi vaxtdan heç vaxt təmir olunmayıb. Sonradan uşaq bağçasının bir hissəsində məcburi köçkünlər yerləşdiyindən müəssisədə ümumilikdə 60 uşaq olmaqla, 4 qrup fəaliyyət göstərib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın tədbirlər planının icrası ilə əlaqədar uşaq bağçasında məskunlaşmış məcburi köçkün ailələri Mehdiabad qəsəbəsində salınmış yeni yaşayış massivinə köçürüldükdən sonra burada əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. İndi uşaq bağçası 230 uşaq yerlik olmaqla 12 qrupla fəaliyyətə başlayıb. Bütün otaqlar zəruri avadanlıq və havalandırma sistemi ilə təchiz olunub.

Körpələr evi-uşaq bağçasının ərazisi abadlaşdırılıb, həyətyanı sahədə attraksionlar quraşdırılıb.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.