Bakının dörd rayonuna yeni polis rəisləri təyin olunub

Bakının dörd rayonuna yeni polis rəisləri təyin olunub
05.09.2017 16:10
A- A+

 Bakının dörd rayonuna yeni polis rəisləri təyin olunub.

Məlumata görə, polis polkovnik-leytenantı Emin Çələbiyev Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsinin, polis polkovnik-leytenantı Eldar Qazıbəyov Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin, polis mayoru Elnur Əliyev Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin, polis polkovnik-leytenantı Natiq Camalov isə Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Natiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur./Report/


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.