Bakıdakı sərnişin daşıyıcılarına XƏBƏRDARLIQ edildi - 15 sentyabrda...

Bakıdakı sərnişin daşıyıcılarına XƏBƏRDARLIQ edildi - 15 sentyabrda...
11.09.2017 18:38
A- A+

Yeni dərs ilinin başlanması hər il paytaxt küçələrində nəqliyyat sıxlığı ilə müşahidə olunur.

Sözügedən gün sərnişin axınının sayı adi günlərdən çox olduğu üçün ictimai qurumlar indidən tədbirlər görməyə başlayıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Pronews.az verilən məlumata görə, sərnişin axının qarşısını almaq üçün agentlik tərəfindən artıq daşıyıcılara xəbərdarlıq edilib:

“Xəbərdarlıqda bildirilir ki, ilk dərs günü səhər saatlarında ictimai nəqliyyatlara nəzarət daha da gücləndirilsin. Heç bir əsas olmadan intervalların artırılması aradan qaldırılsın. Mümkün olarsa, əlavə avtobuslar intervala buraxılsın. Məqsədimiz təhsil müəssisənə gedən sərnişinlərimizin rahatlığını təmin etməkdir”.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.