Bakıda kirayə evlərin qiyməti bahalaşıb - Gələn aydan isə...

Bakıda kirayə evlərin qiyməti bahalaşıb - Gələn aydan isə...
21.09.2017 03:42
A- A+

Yeni tədris ili ilə əlaqədar kirayə mənzil bazarında canlanma müşahidə olunur. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Pronews.Az-a açıqlamasında deyib: “Dərs mövsümü ilə əlaqədar avqustun axırlarından sentyabrın sonuna qədər həmişə mənzil bazarında qiymət artımı olur. Tələbələrin Bakıya axını artır, ev axtaranların da sayı artır”. Natiq Cəfərli qiymət artımının səbəblərindən danışıb: “Qiymətlərin yüksəlməsinə təsir edən obyektiv səbəb, əsasən universitetlərin yerləşdiyi Yasamal rayonu ərazisində söküntü işlərinin aparılmasıdır. Sovetski adlanan ərazi 1970-ci ildən bəri tələbələrin ən çox kirayə qaldığı məkanlardan olub. Buna səbəb isə əsas universitetlərə yaxın olması və evlərin daha ucuz qiymətə verilməsi idi. Hazırda ərazidə təmir işləri getdiyindən tələbələr üçün nəzərdə tutulmuş mənzil fondu daralıb, uzun illər icarəyə verilən mənzillər yoxa çıxıb. Bu da qiymət artımına təsir göstərən amillərdəndir. Ümumilikdə, həmin sahədə icarəyə verilən evlərin sayının azalması qiymət artımına təsir edir”. İqtisadçı əlavə edib ki, oktyabr-noyabr aylarında isə qiymətlərdə tənzimlənmələr olacaq. Aysel Yaqubqızı /Pronews.Az

ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR