Bakıda 10 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

Bakıda 10 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı
12.10.2017 11:15
A- A+

Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib.

Pronews.Az  xəbər verir ki, Biləcəri qəsəbəsində yerləşən beşmərtəbəli binanın ikinci mərtəbəsində yaşayan 2007-ci il təvəllüdlü Ələkbərova Elnurə Mübariz qızı ehtiyatsızlıqdan eyvandan yerə yıxılıb.

O, kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlər E.Ələkbərovanın vəziyyətini orta-ağır kimi qiymətləndirir.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.