Azərbaycanda insanlar məktəb, yoxsa tələbəlik illəri üçün darıxırlar? – SORĞU

Azərbaycanda insanlar məktəb, yoxsa tələbəlik illəri üçün darıxırlar? – SORĞU
05.10.2017 14:53
A- A+

Hər il oktyabr ayının 5-i bütün dünyada Müəllim Günü kimi qeyd olunur. Bu gün müəllimlərlə yanaşı, onların keçmiş şagird və tələbələri də xoş xatirələrə dalır, bir anlıq da olsa, hər kəs təhsil aldığı illərə geri dönür. Kimsə ilk dəfə məktəbə getməyini, kimsə tələbə adını qazandığı günü təhsil illərinin ən önəmli anı sayır. Bəs görəsən Bakı sakinləri hansını daha çox sevir - məktəb yoxsa tələbəlik illərini?

Pronews.Az-ın məlumatına görə, “ACT Azərbaycan” Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.

Bakı sakinləri üçün məktəb illəri daha doğmadır. Rəyi öyrənilən sakinlərin təxminən yarısı məhz məktəb illəri üçün darıxdığını bildirir (46 %). Respondentlərin digər qismi isə tələbəlik illərini daha əziz sayır (28 %). Həm məktəb, həm də universitetdəki təhsil illəri üçün darıxanlar rəyi soruşulanların beşdə birini əhatə edir (22 %).

Məktəb illəri üçün ən çox darıxanlar əsasən ahıl nəslin nümayəndələridir (65 yaş və daha yuxarı - 64 %). Tələbəlik illərini daha maraqlı sayanlar elə tələbələrin (18-24 yaş aralığı) özləridir (43 %).

 


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.