Rusiya-Azərbaycan sərhədində avtomobil körpüsü tikiləcək

Rusiya-Azərbaycan sərhədində avtomobil körpüsü tikiləcək
21.09.2017 00:41
A- A+

Rusiyanın Dövlət Ekspertiza Baş İdarəsi ölkənin Azərbaycanla sərhədində Samur çayı üzərində avtomobil körpüsünün tikinti layihəsinə müsbət rəy verib.

PRONEWS.AZ-ın Trend-ə istinadən verdiyi məlumata görə, yeni transsərhəd avtomobil körpüsü hazırda fəaliyyət göstərən körpüdən 60 metr məsafədə tikiləcək. Layihəyə əsasən, 1957-ci ildə tikilmiş körpü və ətraf infrastruktur da rekonstruksiya ediləcək.

Körpünün uzunluğu 325,3, eni 17,3 metr təşkil edəcək. Körpünün seysmik davamlılığı 9 bala bərabər olacaq.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.