Bakıda yeni çəkilmiş yol çökdü

Bakıda yeni çəkilmiş yol çökdü
04.10.2017 12:21
A- A+

Bakıda yeni istifadəyə verilmiş yolda çökmə baş verib.

Pronews.Az primetime.az-a istinadən xəbər verir ki, Nizami rayonunun Qara Qarayev prospekti, Mehdi Abbasov küçəsində magistral yolun kanalizasiya kollektoru olan hissəsi çöküb. Nəticədə böyük çuxur əmələ gəlib. Yaranan çuxura görə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

"Azəravtoyol" ASC-dən Oxu.Az-a bildirilib ki, hadisə barədə məlumatlıdırlar və araşdırma aparılır.

Qeyd edək ki, ötən ilin iyun-sentyabr aylarında Qara Qarayev prospektində yenidənqurma və təmir işləri aparılıb.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.