Bakıda Porsche-nin daha bir salonunun açılış mərasimi oldu

Bakıda Porsche-nin daha bir salonunun açılış mərasimi oldu
11.09.2017 19:54
A- A+

Pronews.Az

Bugün, 10 sentyabr 2017-ci il tarixində Bakının mərkəzində, Neftçilər prospekti, 111 ünvanında rəsmi idxalçı “Əfəndilər” MMC-yə məxsus yeni Porsche salonunun açılışı oldu. 

2006-cı ildən Mikayıl Əliyev, 7 ünvanında fəaliyyət göstərən Porsche Bakı Mərkəzi ilə yanaşı işləyəcək bu salonda müştərilər avtomobillərlə tanış olub, arzu etdikləri modeli sifariş edə bilərlər. Bununla yanaşı, burada Porsche Driver’s Selection geyim və aksessuarlar kolleksiyası da nümayiş olunur.

Açılış rəmzi olan qırmızı lenti kəsən şirkət nümayəndəsi Fuad Əliyev öz çıxışında bunları vurğuladı: “Bu salon Porsche avtomobilləri ilə maraqlananların rahatlığı üçün təşkil olunmuşdur. Biz əminiki ki, yeni salonumuz, Porsche avtomobillərinin Azərbaycanda daha da tanınmasında və öz əvəzolunmaz, qeyri-adi cazibəsini əks etdirməsində xüsusi rol oynayacaqdır”.

Porsche haqqında.

Porsche AG- Almaniyanın avtomobil şirkətlərindən biridir və baş ofisi Ştutqart şəhərində yerləşir. Şirkətin əsası məşhur konstruktor Ferdinand Porşe tərəfindən 1931-ci ildə dizayn-büro kimi qoyulmuşdur. Hal-hazırda isə Porsche, 718, 911, Panamera, Macan və Cayenne modellərini istehsal etməkdədir.

“Əfəndilər” MMC haqqında. 2006-cı ildən Porsche AG-nin Azərbaycanda rəsmi idxalçısıdır. Porsche avtomobillərinin satışını, texniki xidmətini və ehtiyat hissələri ilə təminatını Mikayıl Əliyev, 7 ünvanında 3S mərkəzində (Porsche Bakı Mərkəzi) və Neftçilər prospekti, 111 ünvanında 1S salonda həyata keçirməkdədir.

Pronews.Az
 


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.