Azərbaycanda üç gündə yol qəzalarında 8 nəfər öldü

Azərbaycanda üç gündə yol qəzalarında 8 nəfər öldü
05.10.2017 10:47
A- A+

Son üç gündə Azərbaycanda 23 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Prones.Az  Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

O bildirib ki, yağışlı günlərdə - 2-4 oktyabr tarixlərində ölkə yollarında baş vermiş qəzalar zamanı 8 nəfər ölüb, 34 nəfər yaralanıb.

“Qəzaların əksəriyyətini avtomobillərin toqquşması və piyadaların vurulması təşkil edib”, - deyə, K.Əliyev əlavə edib.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.