Avtoxuliqan Bakıda qəza törətdi

Avtoxuliqan Bakıda qəza törətdi
25.09.2017 09:11
A- A+

Bakının Nəsimi rayonu ərazisində minik avtomobili ilə avtoxuliqanlıq edən sürücü qəza törədib.

PRONEWS.AZ-ın məlumatına görə, Yol Patrul Xidməti əməkdaşlarının Report-a verdiyi xəbərə görə, 1993-cü il təvəllüdlü Seymur Qurbanov taksi fəaliyyəti ilə məşğul olduğu "99-KL-905" dövlət qeydiyyat nişanlı, "VAZ-2107" markalı avtomobillə Hüseynbala Əliyev küçəsində bir neçə dəfə yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Bununla kifayətlənməyən sürücü nəqliyyat vasitəsilə işıqforun qırmızı işığından keçərək, 1994-cü il təvəllüdlü Həmidov Əlsalamın idarə etdiyi "Changan" markalı avtomobilə çırpılıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. 

"VAZ-2107"-nin sürücüsü S.Qurbanov YPX-nin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib. Hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları da gəlib.

Fakt araşdırılır.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.