Aİ-nin Cənubi Qafqaz üzrə sabiq nümayəndəsi səfir təyin olunub

Aİ-nin Cənubi Qafqaz üzrə sabiq nümayəndəsi səfir təyin olunub
13.09.2017 09:47
A- A+

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Herbert Salber Almaniyanın Bolqarıstandakı səfiri təyin olunub.

Pronews.Az-ın Report-a istinadən məlumatına görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan sabiq xüsusi nümayəndə bu postda sələfi Detlef Linqemanı əvəz edib. 

Qeyd edək ki, H. Salber 2014-cü ildən 2017-ci ilin avqustunadək Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsini tutub. Bundan əvvəl isə 63 yaşlı diplomat Almaniyanın NATO və Brüsseldəki daimi nümayəndəsinin müavini postunda çalışıb.


ŞƏRHLƏR

DİGƏR XƏBƏRLƏR

Bugünlük xəbərimiz yoxdur.